Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 17:59

Mən də minarəyəm?


“Sürix şəhərində müqəddəs Yakob kilsəsinin üstündən 10 metr uzunluğunda plakat asılıb. Plakatın üstündə alman dilində belə bir cümlə yazılıb : “Mən də minarəyəm?”
“Sürix şəhərində müqəddəs Yakob kilsəsinin üstündən 10 metr uzunluğunda plakat asılıb. Plakatın üstündə alman dilində belə bir cümlə yazılıb : “Mən də minarəyəm?”
Bu həftə azərbaycanlı bloqqerlərin menyusunda cücə plovdan tutmuş-düşbərəyə, demokratiyadan - anarxiyaya, məscidlərdən-kilsələrə, prezidentdən-süpürgəçiyə qədər bütün təbəqələri əhatə edən yazılar olub. Bloqqerlər qarşılaşdıqları hadisələri bölüşmək üçün tənbəllik etməyiblər.

«Demokratiya deyəsən xəstəlikdir… donuzdan keçib»

Vəlvələ bloqunda “Demokratiya nədir?” adlı video yerləşdirib, demokratiyaya verilən təriflər xoşuma gəldiyindən onu AzadlıqRadiosunun oxucuları ilə də bölüşmək istədim.

Yeri gəlmişkən suallara cavab verən gənclərin özləri də bloqçulardır.

VİDEO İLƏ BURADA TANIŞ OLA BİLƏRSİNİZ

**
Ədalət Axtarışında

Elnur Məcidli ədalət axtarışındadır. Hətta internetə baş vurub, ordan “ədalət” tapacağına ümid etsə də, cəmi 2 ədalət tapıb. Onlardan biri müğənni Ədalət Şükürov, biri də eyni adlı qəzet olub... Aşıq Ədaləti də unutmaq olmaz.
“Ədalətin Azərbaycan cəmiyyəti üçün nə qədər əhəmiyyətli olduğunun cavabı da bu nəticəyə bağlıdır. Halbuki ədalət sadəcə aşıq, müğənni adı deyil… Ədalət sadəcə qəzet adı da deyil… Ədalət olmayan yerdə inkişafdan, insanlıqdan söhbət gedə bilməz. Bəşəriyyətin inkişafının başlıca səbəblərindən biri, bəlkə də birincisi ƏDALƏT prinsipidir. Dövlət anlayışının təməl daşlarından biri də məhz ədalət vurğusudur... Ədalət saat kimidir, sistemin parçalarından birində nasazlıq yarananda bütün sistemə təsir edər”.
**
Bizə heykəllər yoxsa insanlar lazımdır?

Çoxdandır bloquna əl gəzdirməyən Firudin prezidentin Bakıda Koroğluya abidə qoymaq istəyindən yazır. Azərbaycanı bəzəyən müasir heykəllərin insanlara estetik həzz vermədiyini qeyd edən bloqçu məsləhət görür ki, heykəldənsə normal parklar salınsın; amma mərmərdən yox, ot örtüklü olsun:

“Qoy gənclər o parklarda otursunlar, gitara çalsınlar, öpüşsünlər, sevişsinlər.... Biz də baxaq, sevinək... Əfsanəvi Koroğludansa, qoy canlı insanlar görək parklarımızda”.

Firudinin bloqunda Avropa ölkələrində gördüyü, maraqlı saydığı heykəlləri həm bloq oxucularının, həm də heykəltəraşların diqqətinə çatdırır. Ətrafı burada baxmaq olar.

**
Mən də minarəyəm?

57 mindən çox oxucusu olan bloqçu Agacan yazır ki, İsveçrədə minarələrin ucaldılmasına qoyulan qadağa ilə bağlı etirazlar artır:

“Sürix şəhərində müqəddəs Yakob kilsəsinin üstündən 10 metr uzunluğunda plakat asılıb. Plakatın üstündə alman dilində belə bir cümlə yazılıb: “Mən də minarəyəm?” Kilsənin baş pastoru Anselm Barr İsveçrənin məşhur “20 Miniten” qəzetinə müsahibəsində bildirib ki, kilsə din azadlığını müdafiə edir. Pastor qeyd edib ki, əgər proses bu axarı ilə davam edərsə, xristian kilsələrinin də fəaliyyətinə məhdudiyyət qoyulacaq”.

**
“Müştəri hər zaman haqlıdır!”

Aftafa adlı bloqqer son postunda Azeronline-dan şikayətlənir, kobud müştəri xidmətləri ilə üzləşdiyini qeyd edir:

“Ölkənin ən böyük mobil operatoruna məxsus provayderin müştəri xidmətlərində müştərinin üzünə telefon atırlar. Təbii ki, hamı insandır və hamının problemi ola bilər. İnsan resursları departamenti müstəri xidmətlərinə məhz stressə davamlı adamlar təyin etməlidir, çünki onların vəzifəsi sadəcə telefonlara cavab vermək deyil, müştərilərə xidmət göstərməkdir.

Dünya marketinqində belə söz var – Müştəri hər zaman haqlıdır! Hətta müştəri sizi bezdirsə belə, müştəri xidmətləri və ya satış hər zaman təmkini qorumalıdır. Burada isə, uzun-uzadı “beyini çürütmək” səviyyəsində deyil, sadəcə 2-ci sualdan sonra kobud danışılır, 3cü sualda qışqırılır və 4cü sualda kobud formada sizin üstünüzə dəstəyi asılır…”.
**
Biotualet ehvalati

Bakı küləyi adlı bloqçu xəzri-gilavardan yox, biotualetlərdən yazır:

“Elena Gürcüstab vətəndaşıdır və öz hökumətinin siyasətini bəyənmir. Soruşanda ki, niyə bəyənmirsən, deyir, müxalifət mitinq keçirəndə hökumət onları biotualetlə təmin eləmir.

Elena bu sözləri deyəndə mən dərindən ah çəkib fikrə daldım. Düşündüm ki, bu biotualetlərdən görəsən heç olmasa YAP mitinqlərində qoyurlarmı? Azərbaycanda onlardan varmı?

Maraqlı sualdır. Başqa bir gürcü dostum mənə deyir ki, əzizim, narahat olma. 2005-ci ildə Corc Buş Gürcüstana səfər etməyənə qədər onlardan heç Tbilisidə də yox imiş. Ancaq Batumidə var idi. Dostumun dediyinə görə Buş Tbilisiyə gələndə o, Xarici İşlər nazirliyində yenicə işə başlayıbmış. Və elə ilk tapşırığı məhz səfərin təşkili, daha da dəqiqləşdirsək, həmin səfər zamanı keçiriləcək mitinqə toplaşanların rahatlığını təmin etmək, bir az da detallarına varsaq, sakinlərin təbii ehtiyaclarını şəhər infrastrukturuna zərər vurmayacaq şəkildə ödəməsi üçün tualetləri qonşu Ermənistandan gətirmək imiş. Qonşularımız bu tualetləri nə zaman və nə məqsədlə alıblar bilmirəm, amma onlardan altısını belə vacib tədbir ərəfəsində qonşu gürcü xalqından əsirgəməyiblər...”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG