Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:43

Kopenhagendə saxlanmış nümayişçilərin əksəriyyəti buraxılıb


Dünən Kopenhagendə saxlanmış nümayişçilərin əksəriyyəti azad olunub.

Saxlanmış 968 nəfərdən, 13-ü hələ ki, buraxılmayıb.

Nümayişdə 40 mindək adam iştirak edib.

Kopengagendə iqlim dəyişikliyi ilə bağlı beynəlxalq konfrans keçirilir.

Nümayişçilər dünya liderlərini qlobal istiləşməyə qarşı qəti tədbirlər görməyə, məsələdə ümumi razılığa gəlməyə çağırıblar.

Yürüş dinc şəkildə başlasa da bir qədər sonra nümayişçilər vitrinləri sındırmağa, maşınları yandırmağa başlayıblar və nəticədə polislə toqquşma baş verib.

Konfrans iştirakçıları toplantının ilk günündə tərəqqi əldə olunduğunu deyirlər.
XS
SM
MD
LG