Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:00
Bakının Güzdək qəsəbəsində “avtoş”lar üçün ayrıca meydan tikilə bilər.
Bu haqda Lent.az-a Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin sədri, polkovnik Novruzəli Orucov məlumat verib: “Mən yüksək sürətlə avtomobil sürənləri “avtoş” adlandırmıram. Bu insanlar sadəcə, avtomobil həvəskarlarıdır. Bəzilərinin valideynləri imkanlı adamlardır. Allah var eləsin. Maşın alıb və maşının sürəti 320-350 km/saatdır. Bəs bu uşaq maşının ləzzətini harada görsün? Küçəyə çıxan kimi tuturlar ki avtoxuliqanlıq edirsən. Bununla da gənclərin avtomobilə həvəsini tamamilə öldürürlər. Niyə bunlara şərait yaratmayaq?”

Orucov deyir ki, artıq layihə və smeta sənədləri hazırdır. Layihənin dəyəri 30 milyon manatadək qiymətləndirilir: “Maliyyə böhranı ilə əlaqədar orada işləri bu il saxlamışıq”.

Bu meydanda avtomobildən başqa bir neçə texniki idman növünün tətbiqi nəzərdə tutulur.

İTİNƏ GÖRƏ ÖZÜNÜ XƏZƏRƏ ATDI

Dekabrın 11-də 26 yaşlı Həsən Vəliyev Bakı sakini bulvarda gəzərkən özünü qəfildən suya atıb. Məlum olub ki, Vəliyevin məqsədi suya hoppanmış itini xilas etmək imiş. Hadisə gecə saat 1-ə 5 dəqiqə işləmiş baş verib. Xəbəri lent.az saytı yayıb.

Oğlan batmaq üzrə imiş, amma xilasedicilər özlərini yetiriblər. İtin taleyi haqda isə xəbərdə bir məlumat verilmir.

EYFEL QÜLLƏSİ SATILIR

Parisdə Fransanın simvolu sayılan “Eyfel” qülləsinin pilləkənlərinin hissələri satışa çıxarılacaq.

Hərraca təqdim olunacaq 40 pilləkənin qiyməti 73 min dollardan 88 min dollara kimi olacaq. Bundan savayı pilləkən hissələrini alacaq şəxs onların sökülməsinə görə də xərc çəkməli olacaq.

Bu haqda Böyük Britaniyanın “Teleqraf” qəzeti məlumat yayıb.

AYAZ MÜTƏLLİBOVUN ADINDAN SUİ-İSTİFADƏ

Azərbaycanın keçmiş prezidenti, hazırda Rusiyada yaşayan Ayaz Mütəllibovun adına «Facebook» sosial şəbəkəsində səhifə açıblar. Hər halda keçmiş prezident deyir ki, adına açılmış hesab ona aid deyil:

«Bunu mən etməmişəm. Belə şeylərlə gənclər məşğul olur. Belə işlərə mənim nə həvəsim, nə də vaxtım var».

«Facebook»da Ayaz Mütəllibovun adına hesab bir müddət əvvəl açılıb. Səhifədə keçmiş prezidentin fotosu da yerləşdirilib. Artıq onunla 125 nəfər «dost» olub.

AZƏRBAYCANDA PARAŞÜTÇÜLƏR YARIŞI KEÇİRİLƏCƏK

Gələn ilin mayında Azərbaycanda MDB ölkələri paraşütçülərinin yarışı keçiriləcək. Bu barədə APA agentliyi məlumat verir.

Birincilik sabiq prezident Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunacaq.

Şərhləri göstər

XS
SM
MD
LG