Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:40

Rəsmi Bakı ABŞ-ı neytrallığını qorumağa çağırır


«Biz ABŞ-ı öz neytral statusunu saxlamağa, separatçı rejimə yardım göstərməməyə çağırırıq. Çünki hər bir yardım hansı adla olur-olsun, istənilən halda separatçı rejimin daha da güclənməsinə xidmət göstərir». Dekabrın 12-də Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov ABŞ-ın qondarma Dağlıq Qarabağa 8 milyon dollar iqtisadi yardım ayırmasına münasibət bildirərkən belə deyib.

Ə. Həsənov bildirib ki, ABŞ-ın bu addımı Azərbaycanda təbii olaraq mənfi qarşılanıb:

«Azərbaycanın ərazi bütövlüyünün pozulmasına dolayısı ilə təsir göstərir. Ona görə də biz bu məsələni pisləyirik və düşünürəm ki, nəinki təkcə biz, eyni zamanda bütün dünyada yaşayan azərbaycanlılar bu məsələdə ABŞ-a öz etiraz səsini çatdıracaq».

ABŞ iqtisadi yardım çərçivəsində 2010-cu ildə Ermənistana 41 milyon dollar, qondarma Dağlıq Qarabağa isə 8 milyon dollar ayıracaq. Bu paket dekabrın 9-da ABŞ Senatı və Nümayəndələr Palatası tərəfindən bəyənilib. /AnsPress/
XS
SM
MD
LG