Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:47

Nəfsinə hakim ol...


İstənilən halda yemək yeyərkən nəfsinə hakim olmaq ümumilikdə pis nəticə vermir

İstənilən halda yemək yeyərkən nəfsinə hakim olmaq ümumilikdə pis nəticə vermir

Treysi Mann Los Ancelesdəki Kaliforniya Universitetinin psixoloqudur. O, «Amerikalı psixoloq» adlı nəşrin son buraxılışında yazır ki, pəhriz saxlayanların çoxu ilk aylar xeyli arıqlasalar da, sonradan 5 il müddətində əvvəlkindən çox kökəlirlər.

Treysi Mannın araşdırması 31 müxtəlif uzunmüddətli araşdırmanın təhlilinə əsaslanır. O, bu təhlildən belə nəticəyə gəlib ki, insanların ümumiyyətlə pəhriz saxlamasına ehtiyac yoxdur. Çünki bu halda insan əvvəl arıqlamaq məsuliyyətinin, sonra isə yenə əvvəlki vəziyyətə qayıtmağın üzüntüsünü yaşayır, stress keçirir. Əvvəl arıqlayan, sonra yenidən kökələn insanlarda ürək-damar xəstəliklərinə və şəkərə tutulmaq, iflic olmaq riski daha yüksək olur.

Mann həmçinin müəyyən edib ki, diyetə başlamaq gələcəkdə daha da kökəlməyin sanki müjdəçisidir. O aşkar edib ki, arıqlama proqramlarında iştirak edən kişi və qadınların iki il ərzində kökəlmək ehtimalı belə proqramlarda iştirak etməyənlərdən daha çoxdur.

Başqa bir araşdırma zamanı 19 min kişinin çəkisi ölçülüb. Məlum olub ki, diyet saxlamayanlarla müqayisədə diyet saxlayıb arıqlamış adamlar uzunmüddətli planda, daha dəqiq desək, 4 ildə daha çox kökəliblər.

Bəs uzunmüddətli planda diyet bir fayda vermirsə, onda arıqlamaq üçün nə etməli?

Mannın fikrincə, sonradan kökəlməməyin ən yaxşı yolu idmanla məşğul olmaqdır. Lakin o, bu fikrini əsaslandırmaq üçün yeni bir araşdırma aparmalıdır. Hərçənd, indinin özündə də o idmanın qüdrətinə inanır. Hər halda, təhlil etdiyi 31 müxtəlif araşdırmadan belə qənaətə gəlib ki, başqalarından daha çox arıqlamış adamlar elə daha çox idman eləyənlər olublar.

Bütün bunlarla yanaşı, Treysi Mann əmindir ki, istənilən halda yemək yeyərkən nəfsinə hakim olmaq ümumilikdə pis nəticə vermir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG