Fəxri Xiyaban Dekabrın 12-si Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin vəfatından 6 il keçir. Bununla bağlı paytaxtda və rayonlarda anım mərasimləri keçirilir. Heydər Əliyevin Fəxri Xiyabandakı məzarı ziyarət olunur. Dövlət yol polisi gücləndirilmiş iş rejimində işləyir. Bakının bir sıra istiqamətlərində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1967-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri təyin olunub. 1969-1982-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olub. Azərbaycanın müstəqillik əldə etdiyi mərhələdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olub. 1992-ci ildə Yeni Azərbaycan Partiyasını yaradıb. 1993-cü ilin iyununda Gəncədəki hərbi qiyamdan sonra siyasi hakimiyyətə dəvət olunub. 1993 və 1998-ci illərin oktyabrında Azərbaycanın prezidenti seçilib. Heydər Əliyev 2003-cü il dekabrın 12-də vəfat edib. Dekabrın 15-də Fəxri Xiyabanda dəfn olunub. |
Azadlıq Trend
1
Əliyev: 'Azərbaycan və Rusiya daha bir möhtəşəm layihəyə başlayır'
2'AvtoVAZ' sanksiyalardan yayınmaq üçün Azərbaycanda avtomobil istehsal etməyə başlayıb?
3Moskvada Putin-Əliyev görüşü ilə bağlı: 'Sürpriz o ola bilər ki…'
4Ermənistan-Azərbaycan sərhədində ilk dirək [Foto]
5Ruben Vardanyana ailəsi ilə əlaqə saxlamağa icazə verilib
AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib
Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.
Ətraflı məlumat üçün bura klikləyin.