Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:00

Satışdan 7 minə yaxın uşaq oyuncaqları çıxarılıb


İqtisadi İnkişaf Nazirliyinin yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti Bakının «Sədərək» ticarət mərkəzində 7 minə yaxın uşaq oyuncağını satışdan yığışdırıb. Xidmətin yaydığı məlumatda deyilir ki, satışdan çıxarılmış oyuncaqların üzərində istehsalçının adı, ünvanı, standartın (normativ sənədin) işarəsi, istifadə qaydaları barədə məlumatlar göstərilməyib. Buna görə də Dövlət Xidməti oyuncaqların məhv edilməsinə qərar verib.

İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlakçılara diqqətli olmağı, uşaqlar üçün oyuncaq alan zaman onun üzərində istehsalçı, eləcə də oyuncaqlardan istifadə qaydaları barədə məlumatların olub-olmamasına xüsusi diqqət yetirməyi tövsiyə edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG