Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:04

Gəncədə sayğac problemi


Sayğacları bayırda quraşdıran təşkilat onun qorunmasını da təşkil etməlidir

Sayğacları bayırda quraşdıran təşkilat onun qorunmasını da təşkil etməlidir

- Qoyublar qapının ağzında, həyətdə, biz o sayğaca görə niyə məsuliyyət daşmalıyıq? Deyirlər dövlətin malıdır, sınsa biz ödəməliyik. Əgər bunu biz qorumalıyıqsa gətirib evin içində qoysunlar…

ƏKSƏR SAKİNLƏRİN SAYĞACLARI SIRADAN ÇIXIB

Gəncədə 2007-ci ildən «Smart» tipli elektron sayğacların quraşdırılmasına başlanılıb. Sayğaclaşma prosesi tam başa çatmasa da artıq əksər sakinlərin sayğacları sıradan çıxıb. Abonentlər deyirlər ki, sayğaclar bayırda quraşdırıldığından onlar sayğaclara nəzarət edə bilmirlər. Qırıldıqda isə 163 manata yeni sayğac almalı olurlar:

- Küçədən keçən uşaqlar qırsa biz günahkarıq. Əgər evin içərisində olsaydı yaxşı olardı. Uşaqlar sayğacı qırırlar, söndürürlər. Məcbur qaldıq «skoç»ladıq. Neyniyək başqa yol yoxdur.

MƏNİM EVİM HARDA, SAYĞAC HARDA?

- Sayğacı gətirib çöldə qoyublar. Uşaqlar futbol oynayır. Hərə bir əl vurur, qırır. Qırılanda gəlib pulunu alıb təzədən quracaqlar. Halbuki, evimdə olsa sahib çıxaram. Mənim evim harda, sayğac harda?

- Mən ofisdə nəzarətçi işləyirəm. Uşaqlar avtomatı keçiriblər qaranlıqda qalmışam.

QANUN POZUNTUSU

Azad İstehlakçılar Birliyinin kommunal xidmətlər komissiyasının sədri Ələkbər Ağasiyev deyir ki, 2 ildən bir yeni növ sayğacları tətbiq etmək külli miqdarda dövlət vəsaitinin xərclənməsidir. Həm də sayğacları bayırda quraşdıran təşkilat onun qorunmasını da təşkil etməlidir. O ki qaldı məhv olmuş sayğacın yenisi ilə əvəzlənməsinə, bunu abonentlərə aldırmaq qanun pozuntusudur:

- Nazirlər Kabinetinin 2009-cu il oktyabr tarixli qərarında göstərilir ki, əhali qrupundan olan istehlakçılara sayğacların quraşdırılması pulsuz həyata keçirilməlidir. 2 ildən bir yeni növ sayğaclar quraşdırmaq kimə sərf edir, bilmirəm. Amma bu istehlakçılara sərf etmir. Əgər «Smart» tipli sayğaclar evdən bayırda quraşdırılırsa bunun məsuliyyətini istehlakçı yox, təchizatçı idarə daşımalıdır.

2005-ci ildə Gəncədə adi işıq sayğacları quraşdırıldı. Onun quraşdırılması tam başa çatmamış aidiyyatı qurumlar daha uğurlu bir layihənin - yəni «ağıllı» sayğacların tətbiqinə başladılar. Lakin abonentlər bu sayğacların qorunması işinin də düzgün təşkil edilmədiyini deyirlər. Elə ötən il Mahrasa bağı, bina 6-nın 15 sayğacı yandırılmışdı. O sayğaclar da sakinlərin öz hesabına yeniləndi. Gəncə şəhər Elektrikşəbəkəsinin direktoru Əhməd Məhəmmədoğlu etiraf edir ki, sayğacların qorunması prosesində bir neçə qüsurlar var. O deyir ki təkmilləşmə üçün təkliflər vermişik. Məsələn, sayğacın üzərinin daha bərk materialdan qapaqla örtülməsi və sair:

SAYĞACIN QÜSURU 2 SƏBƏBDƏN YARANA BİLƏR

- Bir neçə dəfə belə hallarla rastlaşmışıq. Sayğacın qüsuru 2 səbəbdən yarana bilər - enerji təchizatının və ya abonentin təqsirindən olanda özü dəyişdirir.

Əhməd Məhəmmədoğlu qırılmış sayğacların abonentlərə aldırılmasını belə izah edir ki, yeni qanun təsdiqlənsə də icra mexanizmi barədə məlumatı olmadığından köhnə qanunlarla işləyəcəklər. Belə ki, hansısa bir sayğacın kim tərəfindən qırılmasından asılı olmayaraq abonent 163 manat pul ödəyib yeniləməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG