Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:19

Gəncə-Qazax inzibati bölgəsinin investisiya xəritəsi hazırlanır


Bu barədə məlumatı layihənin Gəncə Regional Elmi Mərkəzdəki qrup rəhbəri İrşad Abbasov verib. O, bildirib ki, investisiya xəritəsinin hazırlanmasında əsas məqsəd bölgədə mövcud problemlər öyrənilməsi, inkişaf istiqamətləri müəyyənləşdirilməsi və onların əhəmiyyətinə və vacibliyinə görə sadalanması olduğunu bildirdi.

Onun sözlərinə görə, 2009-cu ilin əvvəlindən hazırlanan xəritə pilot olaraq Gəncə-Qazax inzibati bölgəsini əhatə edir. Müsahib 11 rayon və iki şəhər üzrə hazırlanan investisiya xəritəsi layihəsinin Milli Elmlər Akademiyasının sifarişi əsasında hazırlandığını bildirdi.

Hazırda xəritənin tamamlanma işləri aparılır. İlin sonunda xəritənin təqdimatı keçiriləcək.

Bu xəritə MDB məkanında ilk dəfə Azərbaycanda hazırlanır.
XS
SM
MD
LG