Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:19

Bakıda yeni ikimərtəbəli tunel istifadəyə verildi


2007-ci ildən başlayan tikinti işlərini Nəqliyyat Nazirliyinin sifarişi ilə Türkiyənin «Yapılar İnşaat-Ticarət LTD» şirkəti yerinə yetirib

2007-ci ildən başlayan tikinti işlərini Nəqliyyat Nazirliyinin sifarişi ilə Türkiyənin «Yapılar İnşaat-Ticarət LTD» şirkəti yerinə yetirib

Dekabrın 11-də Bakının Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində 3 ilə yaxındır tikilən tunel artıq istifadəyə verilib.

İkimərtəbəli tunelin örtülü hissəsi 310 metr, giriş və çıxışları ilə birlikdə ümumi uzunluğu 610 metrdir.

Bu barədə AzadlıqRadiosuna «Azəryolservis» Açıq Səhmdar Cəmiyyətin sədr müavini Vaqif Hacıyev məlumat verib.

2007-ci ildən başlayan tikinti işlərini Nəqliyyat Nazirliyinin sifarişi ilə Türkiyənin «Yapılar İnşaat-Ticarət LTD» şirkəti yerinə yetirib.

Yol qovşağında piyadalar üçün 5 keçid inşa olunub. Birinci mərtəbədə dördzolaqlı avtomobil yolu, ikinci mərtəbədə isə geniş dayanacaq inşa edilib.
Tunelin açılışında prezident İlham Əliyev də iştirak edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG