Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:02

Piratlar girovluqdakı dənizçiləri azad edir


Somali dəniz quldurları Yunanıstana məxsus “Ariana” yük gəmisini və onun uktaynalılardan ibarət heyətini azad edirlər. Bunun üçün onlara 2,8 milyon dollar pul ödənib.

Bu haqda Ukrayna rəsmiləri bidiriblər. Çantaya yerləşdirilən nəğd pulu təyyarədən dənizə tullayıblar və dəniz quldurlarının qayığı onu götürəndən sonra bildirilib ki, gəmi 5-7 günə adı açıqlanmayan Yaxın Şərq limanlarından birinə göndəriləcək.

24 nəfərlik heyət 7 aydır ki, girovluqda olsa da, səhhətlərinin yaxşı olduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG