Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:25

Hansı ölkədə heyvan kimi yaşamaq yaxşıdır?


Azər Qarayev
Azər Qarayev
Azərbaycan Avropa Şurasının Ev Heyvanlarının Mühafizəsi üzrə Konvensiyasına 2007-ci ildə qoşulsa da, konvensiyanın şərtlərinə məhəl qoyulmur. Bunu «Heyvanları Mühafizə - Azərbaycan» Cəmiyyətinin sədri Azər Qarayev deyir.

Dekabrın 10-u dünyada Beynəlxalq Heyvan Hüquqları Günü kimi qeyd olunur. Azər Qarayev deyir ki, Azərbaycanda belə bir gün hələ aktual deyil:

«Azərbaycanda hüququ pozulan heyvanlar arasında birinci yeri kənd təsərrüfatı heyvanları tutur. Əsasən də kiçik-buynuzlular: qoyun, inək və s. Onlardan sonra ən pis vəziyyətdə sahibsiz heyvanlardır. Bizim kiçik dostlarımıza qarşı da təəssüf ki qəddarlıq göstərilir. Üçüncü sahə isə zooloji parkdır. Orda acınacaqlı vəziyyətdir».

Azər Qarayev deyir ki, Ev Heyvanlarının Mühafizəsi üzrə Konvensiyasına qoşulanda Azərbaycan öhdəlik götürmüşdü ki, sahibsiz heyvanlar öldürülməyəcək:

«Təəssüf ki, hələ də Bakı Şəhər Kommunal Təsərrüfatı İdarəsi küçə heyvanlarını vəhşicəsinə, qanuna zidd olan üsullarla qırır. Konvensiya yol vermir ki, sahibsiz heyvalar belə qırılsın. Yalnız axtalanma vasitəsilə onların sayı tənzimlənə bilər».

Heyvanları Mühafizə Cəmiyyəti heyvanlara qarşı qəddarlığın qarşısının alınması üçün qanun layihəsi hazırlayıb. Layihəyə Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq İdarəsi müsbət rəy versə də, Azər Qarayev onun qəbulunun uzadılacağından narahatdır...

Buna da bax:

XS
SM
MD
LG