Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:42

Türk mətbuatı Türkiyə-Ermənistan protokolu barədə


Rəcəp Tayyib Ərdoğanın Vaşınqton səfəri, 7 dekabr 2009

Rəcəp Tayyib Ərdoğanın Vaşınqton səfəri, 7 dekabr 2009

ERMƏNİSTAN PROTOKOLUNDA 1 MART QƏZASI BAŞ VERƏRMİ?

Baş nazir Rəcəp Tayyib Ərdoğanın Vaşınqton səfərindəki ən maraqlı açıqlamalarından biri-Türkiyə ilə Ermənistan arasında imzalanmış protokolların Türkiyə Böyük Millət Məclisindəki (TBMM) təsdiqi prosesi ilə parlamentin 1 mart 2003-cü ildə hökumətin savaş qərar layihəsininin rəddi arasında qurduğu paralellik idi.

Ərdoğanın bu bənzətməsi protokolların bir an əvvəl imzalanması istiqamətində ABŞ prezidenti Barak Obamanın gözləntisinə verdiyi cavabın ən sərrast hissəsi idi.

OBAMANIN İLK BÖYÜK XARİCİ SİYASƏT UĞURU OLACAQ

Protokolların təsdiq edilərək sərhədlərin açılmasıyla birlikdə Türkiyə ilə Ermənistan arasında daimi sülh şəraitinin yaradılması - Obama iqtidarının ən önəmli xarici siyasət hədəflərindən birini təşkil edir. İqtidarın bu məsələdki təkidinin pərdə arxasında prezident Obamanın, hardasa bir ilə yaxınlaşan hakimiyyəti dövründə, hələ ki, xarici siyasətdə gözə dəyən uğur əldə edə bilməməsi də durur.

Əfqanıstanda kələfin ucu əməlli-başlı itirilərkən, ABŞ prezidenti Orta Şərqdə də sülh prosesini başlada bilməyib. Protokolların təsdiq edilib Ankara ilə Yerevan arasında tarixi bir dövrün başlaması - bəlkə də Obama iqtidarı tərəfindən xarici siyasətdəki ilk konkret uğur kimi təqdim ediləcək. Təkidin başqa bir səbəbi də şübhəsiz, protokollar təsdiq edilmədiyi təqdirdə, aprel ayında Türkiyə-ABŞ münasibətlərininciddi bir sarsıntıya girmə ehtimalının olmasıdır. Prezident olmamışdan qabaq verdiyi açıqlamalarda «soyqırımı» qəbul edən, seçki təbliğatında da bu istiqamətdə vədlər verən bir siyasətçi kimi Obama, Türkiyədən açılıma dair bəzi siqnallar gəlməsindən sonra 24 apreldə bu sözü deməkdən yayınmışdı.

ƏRDOĞAN RİSKLƏRİ OBAMA İLƏ BÖLÜŞDÜ

Amerikan tərəfinə görə, 24 apreldə Obamanın hansı sözü deyəcəyi bir az da bu protokolların aqibətinə bağlıdır. Mətnlərin 10 oktyabrda imzalanmasından sonra türk tərəfi təsdiq üçün atacağı addımı açıq bir şəkildə Qarabağ probleminin həllinə bağladı. ABŞ tərəfi isə bu iki məsələnin bir-birindən ayrı tutulmasını istəyir və bu çərçivədə protokolların tez təsdiq edilməsinin daha yaxşı olacağını düşünür. Baş nazir Ərdoğanın ABŞ-a səfərinin ən önəmli tərəflərindən biri-iki qovluq arasındakı əlaqəni bu günə qədər ağzından çıxan ən güclü sözlərlə qeydiyyata salaraq özünü bu mövqeyə tam mənada kilidləməsi oldu. Ancaq burada maraqlı olan məsələ - baş nazirin TBMM-də Qarabağ məsələsi həll edilmədən reallaşacaq olan bir təsdiqin daşıdığı yüksək riskləri ABŞ prezidenti Obama ilə də bölüşməsidir. Ərdoğanın görüşdən sonrakı bu sözləri xüsusi qeyd edilməlidir:

«1 mart qərar layihəsini, 1 martda parlamentin tutduğu mövqeyi düşünün. Demokratik parlamentar sistemlərdə bizim parlamentimizin üzərinə təhkim qoymağa haqqımız yoxdur.1 martda mənim partiyamın parlamentdəki qrupunun ciddi bir qismi buna mənfi yanaşdı. Eyni şəkildə - fərqli qərar layihələrində də iqtidar və müxalifət rahatlıqla ittifaqa girə bilir. Təbii ki, bu məsələ də Türkiyə üçün, türk parlamenti üçün həssas bir məsələdir. Parlamentin ümumi iclasından çıxacaq nəticə bizim nəzarətimizdə deyildir».

TÜRKİYƏNİN ƏLİNDƏKİ YEGANƏ KART GEDƏRSƏ....


Baş nazirin Obamaya qarşı parlament kartını sadəcə taktiki nöqteyi-nəzərdən masanın üstünə qoymadığı məlumdur. Bu istiqamətdə bir addım atması halında Ərdoğanın, 1 mart böhranında partiyasının parlamentdəki qrupuna nəzarət edə bilməyərək ona bənzər bir qəzavü-qədəri göz onünə almaqdan çəkinməsi açıq-aşkardır. Bundan başqa, protokollar Qarabağ probleminin həllində Ermənistanı mövqe dəyişikliyinə məcbur edə biləcək ən önəmli təzyiq ünsürüdür. Bu mətnlər Qarabağ şərti aradan qaldırılaraq təsdiq edilərsə, türk tərəfinin əlində Ermənistanı yumşaq davranmağa məcbur edə biləcək heç bir rıçaqa ehtiyac qalmayacaq.

Nəticədə, baş nazir Ərdoğanın Vaşınqtona səfərinin bu mərhələdə Ermənistan qovluğuna tam bir kilidlənmə gətirdiyini demək mübaliğə olmaz. Bu kilidlənmənin aradan qaldırılmaması halında 24 aprelin gəlişi ərəfəsində Türkiyə-ABŞ münasibətlərinin yenidən bir uçuş boşluğuna düşəcəyi ehtimal edilə bilər.

Şərhləri göstər

XS
SM
MD
LG