Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:04

TRT qurumu xəbər portalına qarşı məhkəmə iddiasını uduzub


İctimai TV mahiyyətindəki Türkiyə Radio və Televiziya Qurumu (TRT) Odatv.com adlı xəbər protalına qarşı qaldırdığı məhkəmə iddiasını uduzub.

Odatv.com xəbər portalı gündəlik xəbər və şərhlərində TRT qurumunun qeyri-qanuni limitsiz xərclərini gündəliyə gətirərkən, TRT Odatv.com xəbər portalı əleyhinə bir neçə məhkəmə iddiası qaldırıb.

İstanbulun Beyoğlu məhkəməsinin verdiyi hökmlə TRT-nin Odatv.com xəbər portalı əleyhinə qaldırdığı iddialardan biri rədd edilib. Məhkəmə Odatv.com portalında TRT ilə bağlı yazıları «Xəbər və ifadə azadlığı» çərçivəsində dəyərləndirib.

Təxminən 8 min əməkdaşın işlədiyi TRT qurumunun qeyri-qanuni limitsiz xərcləri media və siyasətçilər tərəfindən tez-tez tənqid edilir. Qurumun yayın siyasətindəki dəyişiklik və proqramlarda iqtidara verilən qeydsiz-şərtsiz dəstək də ictimaiyyətin narazılığını doğurur.

Günün bütün mövzuları

XS
SM
MD
LG