Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:53

Gəncədəki bir çox müəssisə enerji pulunu ödəmir


Enerji pulunu verməyənlər siyahısında ilk yeri küçə işıqlanmasına görə, Gəncə Mənzil Kommunal Təsərrüfat və İstehsalat Birliyi tutur. Birliyin bəzi sahələri neçə ildir ümumiyyətlə enerjiyə görə pul ödəmir.

Gəncə şəhər Elektrik şəbəkəsinin rəisi Əhməd Məhəmmədoğlunun verdiyi məlumata görə, şəhərin işıqlanmasına görə 250 min manat borc var. Yaşıllaşdırma idarəsi isə son 2 ildir pul ödəmir.

Tikinti materiallar kombinatı 144 min manat, trolleybus idarəsi 821 min manat, Təmir-tikinti tresti isə 238 min manat vəsaitlə uzunmüddətli borclular siyahısındadır.

Əhməd Məhəmmədoğlu 2010-cu ilin 2 rübünədək borclu idarələr 20 faizədək ödəniş etməsələr borcları məhkəmə yolu ilə alacağını deyir.
XS
SM
MD
LG