Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:37

«Qarabağda son sözü Rusiya-Amerika razılaşması deyəcək»


Millət vəkili Gültəkin Hacıbəyli: «Mən hesab edirəm ki, Qarabağ münaqişəsinin həlli daha çox Rusiyadan asılıdır»
Millət vəkili Gültəkin Hacıbəyli: «Mən hesab edirəm ki, Qarabağ münaqişəsinin həlli daha çox Rusiyadan asılıdır»
«Bizim Yol»: «Türkiyə Qarabağla bağlı prinsipiallığı sonadək saxlayacaq»

Millət vəkili Gültəkin Hacıbəyli: «Mən hesab edirəm ki, Qarabağ münaqişəsinin həlli daha çox Rusiyadan asılıdır. Burada son sözü Rusiya-Amerika razılaşması deyə bilər. Təbii ki, Türkiyənin də proseslərə təsiri qaçılmazdır».

«Azadlıq»: Hakimiyyətdən daha bir soyğunçu qərar

Yanvarın 1-dən şəhərdaxili marşrutlarda gediş haqqının 40 qəpik olacağı bildirilir.

«Yeni Müsavat»: Fəlakət oliqarxlar bir-birini yeməyə başlayanda olacaq

Vəkil Aslan İsmayılov: «Bəlkə Türkiyədə olduğu kimi Azərabaycanda da dərin dövlət var, biz bilmirik?!»

«Bakı xəbər»: Taksilər avtobus dayanacaqlarını «işğal» edib

Mütəxəssislər «taksi meydançaları yaradılmalıdır» deyir. Namiq Həsənov: «40-dan artıq taksi meydançası istifadəyə verilib».

«Yeni Azərbaycan»: Azərbaycanımızın şanlı keçmişinə, bugünkü inkişafına, inamlı gələcəyinə çox sevinirəm

Parlamentin keçmiş spikeri Murtuz Ələsgərov müsahibəsində belə deyib: «Artıq müstəqilliyimiz möhkəmlənib, müstəqil dövlətimizin idarəetmə strukturları tam formalaşıb».

«525-ci qəzet»: Əli Həsənov: «Dünyada səmimi demokratiya yoxdur»

Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov: «Dünyanın ən demokratik ölkələrindən, dünya demokratiyasının beşiklərindən sayılan İsveçrədə əgər dinlərarası məsələdə ayrı-seçkiliyə yol verilirsə, bunu referendumla, xalqla, demokratiya ilə əlaqələndirirlərsə, əlbəttə, bu, onu göstərir ki, bu, qeyri-səmimi bir prosesdir».

«Şərq»: Baş redaktorlar Türkiyədə görüşlərə başlayıb

Azərbaycanın bir qrup baş redaktoru Türkiyə hökumətinin dəvəti ilə Ankarada səfərdədir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG