Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 13:42

Venesiya Komissiyasında Azərbaycan məsələsi


Venesiya Komissiyasının 81-ci plenar sessiyasının gündəliyinə Azərbaycanla bağlı məsələ daxil edilib. Gündəliyə salınmış məsələ «Bələdiyyələrin statusu haqqında qanun layihəsi və Azərbaycan məhkəmələrinin fəaliyyəti barədə məlumat əldə etmək» adlanır.

Bu barədə Avropa Şurasının rəsmi internet səhifəsində (http://www.venice.coe.int/) məlumat yerləşdirilib.

Gündəliyə Azərbaycanla yanaşı, Ermənistan, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Moldova, Lüksemburq və Ukraynaya aid məsələlər də daxildir.

Avropa Şurası Venesiya Komissiyasının 81-ci plenar sessiyası dekabrın 11-12-də keçiriləcək.

Sessiya zamanı komissiyanın prezidenti, vitse-prezidenti, büro üzvləri, həmçinin alt komissiyaların sədrləri seçiləcək.
XS
SM
MD
LG