Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:38

Obamaya Nobel sülh mükafatı təqdim olunur


Dekabrın 10-da Barak Obamaya Nobel sülh mükafatı təqdim olunacaq
Dekabrın 10-da Barak Obamaya Nobel sülh mükafatı təqdim olunacaq
Dekabrın 10-da Barak Obamaya Nobel sülh mükafatı təqdim olunacaq. Mərasim Norveç paytaxtı Osloda keçiriləcək.

Nobel komitəsi oktyabr ayında bildirib ki, bu mükafatı ABŞ prezidentinə dünyada atom silahlarının yayılmasına, qlobal iqlim dəyişikliyi və digər dünya əhəmiyyətli məsələlərdə vəziyyətin dəyişməsi istiqamətində atdığı addımlara görə layiq görüb.

Ağ Ev rəhbərliyi bildirib ki, Barak Obama çıxışında İraq və Əfqanıstanda hərbi əməliyyatlara rəhbərlik edən ölkə başçısının bu mükafatı alması ziddiyyətinə diqqət çəkəcək.

«Reuters» agentliyi amerikalı rəsmiyə istinadla deyib ki, Obama Əfqanıstandakı müharibəni daha geniş sülhü təbliğ etmək planının bir hissəsi kimi izah edəcək.

Ötən həftə Obama Əfqanıstana əlavə 30 min hərbçi göndərəcəyini açıqlayıb.

ABŞ prezidentinə qədər Nobel sülh mükafatını Henri Kisincer, Nelson Mandela, Tereza ana, Mixail Qorbaçov kimi siyasətçilər alıblar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG