Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:22

Prezidentin səfəri başa çatıb


Prezident İlham Əliyevin Fransaya rəsmi səfəri başa çatıb, Bakıya qayıdıb.

Fransaya səfəri çərçivəsində dekabrın 9-da İ.Əliyev fransalı həmkarı Nikola Sarkozi ilə görüşüb.

Görüşdə ölkələr arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb.

Dövlət başçıları iqtisadi sahədə, energetika və qeyri-neft sektorlarında əməkdaşlıq məsələlərini müzakirə etdilər. Bu sahələrdə əməkdaşlığın genişlənəcəyinə əminlik ifadə olunub.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı fikir mübadiləsi aparılıb.

İlham Əliyev Fransaya səfəri zamanı xarici işlər naziri Bernar Kuşner, Fransa Senatının sədri, Fransa Sahibkarlar Təşkilatına - MEDEF-ə üzv olan iş adamları ilə də görüşü olub.
XS
SM
MD
LG