Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:36

Səbail rayonunda yaşayış binasında yanğın olub


Dekabrın 10-da Bakının Səbail rayonu ərazisində yaşayış binası yanır. Bu barədə Lent.az-a Səbayel rayon Polis İdarəsindən məlumat verilib.

Yanğın səhər saat 9:30-da başlayıb. Hadisə yerinə 4 yanğınsöndürən maşın cəlb edilib. Bina sakinləri vaxtında evakuasiya edildiyindən, xəsarət alan olmayıb.

Yanğın saat 10:30 radələrində söndürülüb. Yanğın binanın damında başladığından, ikinci mərtəbədəki bütün mənzillərin tavanı sıradan çıxıb, evlərə ciddi ziyan dəyib.

Hadisə yerində olan yanğınsöndürənlər bildiriblər ki, yanğının qısaqapanma nəticəsində baş verdiyi güman olunur.
XS
SM
MD
LG