Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:02

Türk mənşəli qapıçının nadir qolu (video)


Dekabrın 8-də və 9-da keçirilən oyunlarla Çempionlar Liqasının qrup mərhələsi başa çatıb.

Son turun Brüsseldə keçirilən “Standard” (Belçika)- “AZ Alkmaar” (Hollandiya) matçında futbolda nadir hallarda qeydə alınan hadisə baş verib, qapıçı hücuma qoşularaq rəqib qapısına başı ilə qol vurub.


Görüş olduqca gərgin keçirdi. Onun nəticəsindən asılı olaraq komandalardan biri Avropa Ligasında yarışı davam etdirə bilərdi. Qonaqların, Hollandiyanın “AZ Alkmaar” komandasının oyunçusu Yens birinci hissənin sonunda hesabı açdı.

İkinci hissədə meydan sahiblərinin bütün hesabı bərabərləşdirmək cəhdləri boşa çıxırdı. Oyunun son saniyələrində, “Standart” sərbəst zərbə vurmaq hüququ qazandı. Komandanin bütün oyunçuları, qapıçı da qarışıq rəqibin cərimə meydançasında son şanslarını sınayırdılar.

Top cərimə meydacasına qaldırılanda hamıdan yuxarı hoppanan "Standard"ın türk mənşəli qapıçısı, Sinan Bolat topu başı ilə Hollandiya klubunun qapısından keçirdi.

Avropanın bir nömrəli futbol klubu adı uğrunda mübarizəni davam etdirən komandalar bunlardır:

“Bordo” (Fransa), “Bavariya” (Almaniya),

“Mançester Yunayted” (İngiltərə), ÇSKA (Rusiya),

“Real/Madird” (İspaniya), “Milan” (İtaliya),

“Çelsi”(İngiltərə), “Portu” (Portuqaliya)

“Fiorentina” (İtaliya), “Lion” (Fransa)

“Barselona” (İspaniya), “İnter” (İtaliya)

“Sevilya” (İspaniya), “Ştudqart” (Almaniya)

“Arsenal” (İngiltərə), “Olimpiakos” (Yunanıstan)

Günün bütün mövzuları

XS
SM
MD
LG