Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:53

Məcburi köçkünlər yaşayan yataqxana yanıb


Dekabrın 9-u axşam saat 19.00 radələrində Bakının Nərimanov rayonundakı Səttarxan adına zavodun yataqxanasında məskunlaşan qaçqınların yaşadığı binada güclü yanğın baş verib. Hadisə şahidlərinin sözlərinə görə, yanğın binanın üst mərtəbəsindən başlayıb, aşağı mərtəbələrə keçib.

Turan agentliyinin xəbərinə görə, hadisə yerinə gələn Nərimanov rayon yanğın söndürmə və Fövqaladə Hallar Nazirliyinin yanğın sönürən maşınları isə susuz gəldiyindən bir neçə dəqiqəlik problem yaşanıb. Bundan sonra yaxınlığdakı binaların su anbarlarından yanğın söndürülməsi üçün istifadə edilib. Güclü yanğın təxminən 20.00 radələrində söndürülüb.

Hadisə zamanı evi yanan iki ailə -Naxçıvan və Cəlilabaddan olan ailələr- yanğının qəsdən törədildiyini bildiriblər. Məcburi köçkünlərlə eyni binada yaşayan hər iki ailə yanğın zamanı bütün əşyalarının məhv olduğunu deyib.

Qeyd edək ki, Nərimanov rayonundakı Səttarxan adına zavodun yataqxanasının yaxınlığında Heydər Əliyev Mərkəzi tikilir. Bir neçə gün bundan önə yataqxanada məskunlaşan qaçqın və məcburi köçkünlər binadan köçürülmüşdürlər.

İndiyə qədər mərkəzə yaxın olan bir neçə bina sökülüb.
XS
SM
MD
LG