Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:36
Alber Kamyunun qızı Katerin radiomüsahibəsində gileylənib ki, müxalifət onun atasını “Prezident Sarkoziyə qarşı raket”ə çevirib.

Sarkozi bu ayın əvvəlində təklif edib ki, məşhur yazıçının qəbri ölkənin cənubundan Parisdə Fransanın ən ünlü oğullarının dəfn edildiyi məzarlığa köçürülsün.

Həm solçu müxalifət, həm də bir çox ziyalılar prezidentin Kamyunun adından siyasi dividend qazanmaq istədiyini bildirir.

Katerin Kamyu bu məsələ ilə bağlı “prezidentə qarşı yönələn nifrətin, hiddətin səviyyəsindən” şoka düşdüyünü deyib.

“Mən respublika vətəndaşıyam və respublikanın prezidenti demokratik şəkildə seçilib. Mənim üçün o, ölkəni təmsil edir”.

Amma Katerin Kamyu individualist düşüncəsi ilə seçilən və əzilmişlərin müdafiəçisi kimi tanınan Alber Kamyuya prezident tərəfindən belə maraq göstərilməsindən təəccübləndiyini də gizlətməyib.

Kamyunun başdaşı
“Dövlət adamlarının bir qayda olaraq Kamyudan xoşu gəlməyib”.

Katerin Kamyu hələ ki atasının məzarının köçürülməsinə razı olub-olmadığı haqda qərar qəbul etməyib.

Kamyunun oğlu Jan isə bir müddət qabaq prezidentin təşəbbüsünü kəskin tənqid etmişdi.

Kamyu solçu görüşləri ilə seçilib, Sarkozi isə sağçı qüvvələri təmsil edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG