Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:02

Korrupsiya ittihamıyla həbs edilən mer vəzifəsinə qayıdıb


Korrupsiyayla bağlı ittihamlarla bazar ertəsi 4 il həbs cəzası alan və işdən qovulan Kabul meri dekabrın 9-u vəzifəsinə qayıdıb.
Mer Abdul Əhəd Sahebi Frans Pressə deyib ki, əvvəlki qərardan apelyasiya şikayəti verib. Məhkəmə isə apelyasiya baxışına qədər meri girov müqabilində azadlığa buraxıb və vəzifəsinə dönməsinə icazə verib.
Prezident Həmid Kərzainin korrupsiyayla mübarizə müşaviri Məhəmməd Usmani merin azadlığa buraxılması qərarını alqışlayıb, deyib ki, “hər şey qanun çərçivəsində həllini tapmalıdır”.

Günün bütün mövzuları

XS
SM
MD
LG