Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 08:43

«Azerfon» şirkəti 3G-ni təqdim edib


Dekabrın 9-da «Azerfon» şirkətinin layihələşdirmə üzrə meneceri Serj Arboqast 3G xidmətini jurnalistlərə təqdim edib. Arboqast bildirib ki, testləşdirmə başa çatmaq üzrədir və yaxın günlərdə «NAR Mobile» abunəçiləri bu xidmətdən yararlana biləcəklər.

Şirkət təmsilçisi onu da bildirib ki, sadə «NAR Mobile» abunəçiləri 3G işə düşəndən sonra görüntülü əlaqə yarada biləcəklər. Ancaq digər xidmətlərdən yararlanmaq üçün abunəçilər yeni SİM kartlar almalı olacaqlar. Tariflər isə hələlik açıqlanmır. Bu haqda 3G-nin kommersiya təqdimatında xəbər veriləcək.

Şirkət rəsmiləri bildirirlər ki, 3G-ni dəstəkləyən mobil telefonlarla 28 əməliyatı həyata keçirmək mümkün olacaq. Bu sırada görüntülü danışıq, sürətli İnternetdən başlayaraq bank hesablarının idarə olunmasına qədər bir sıra funksiyalar var. Qısa zamanda şirkət bu xidmətlərin sayının 50-yə çatdırılmasına hazırlaşır.



XS
SM
MD
LG