Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:52
«GURULTULU ALQIŞLAR»

1988-ci il sentyabrın 21-də «Literaturnaya Qazeta»da «Gurultulu alqışlar» adında oçerk dərc edildi. Müəllif – Arkadi Veksberq oçerkdə 1978-ci ilin dekabr hadisələrindən, daha dəqiqi Heydər Əliyev və Qambay Məmmədov çəkişməsindən bəhs edib. (1978-ci ildə Ali Sovetin iclasında o vaxtkı baş prokuror Qambay Məmmədov çıxış edib, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin ayrı-ayrı sahələrdə göstəricilərin şişirdilməsi-«pripiska» siyasətini tənqid edib. Sonradan Q.Məmmədov işindən uzaqlaşdırılıb, bir müddət Azərbaycandan kənarda yaşayıb - red.)

1988–ci ildə yenidənqurma dövrü başladığından bir çoxları bəraət almışdılar. Bəraət alanlar arasında Qambay Məmmədov da vardı. Oçerkdən ixtisarları təqdim edirik:

«...Biz böyük ölkə az qala 20 il ərzində necə yaşamışıq, necə utanıb ölməmişik, yerə girməmişik?! 1978–ci ilin, həmin o məşhur plenumun stenoqramı əlimizdədir. Bir–bir dinləyirik. Deputatlar necə şərəfsizcəsinə, yaltaqcasına təriflər yağdırırlar H.Əliyevə. Stenoqramı daha haralarda axtarmışıq. Nə vardı axı orda belə məxfi saxlayırdılar.

Q.Ə.Məmmədov yoldaş vəzifəsindən çıxarılsın. Heç olmasa formal şəkildə müəyyən qanunçuluq yaratmadan. Çıxarılsın, vəssalam. Düz alnından vuruldu, abır -həyanı saxlamadan. «İşdə ciddi nöqsanlara görə».

«ELM ADAMLARI NAXÇIVANDAN GƏLİR»

Qambay Məmmədov
O vaxt, İbrahim Babayev Respublika Prokurorluğunun istintaq şöbəsinə başçılıq edirdi. Məmmədova göstəriş verildi ki, həmin şəxs təcili işdən çıxarılsın və barəsində cinayət işi açılsın. Təzyiq altında Məmmədov həbsə sanksiya verdi. Gözlənildiyi kimi, müstəntiqi nişan almışdılar ki, respublika prokurorunu vursunlar. Babayev barəsində ölüm hökmünün çıxarılması SSRİ Ali Məhkəməsini şübhəyə saldı. Sədrin müavini Y.A.Smolentsov yoxlama aparsa da hökm dərhal icra edildi.

...Bir tərəfdən isə Ramiz Mehdiyev üzünə saxta filosofluq maskası taxıb hər tərəfdə deyirdi:

- Bilirsinizmi, bizim Azərbaycanın öz xüsusiyyətləri var. Məsələn, xanəndələrin və musiqiçilərin hamısı Qarabağdan çıxır, elm adamları isə Naxçıvandan gəlir.

CAVAB MƏKTUBU

Oçerk respublikada geniş əks–səda doğurmuşdu. 1988–ci il 30 oktyabr tarixli «Kommunist» qəzetində «Qərəz coşqunluğu» adı ilə dərc edilən məqalədə oçerkə akademik Cəlal Əliyevin cavab məktubunu oxuyuruq:

«Müəllif bizə böhtan atmışdır. Qardaşım həmişə yüksək qiymətlərlə təhsil almış, bütün tədbirlərin gözəl təşkilatçısı olmuşdur. Sessiyada deputatlar onu tərifləməklə el adətinə əməl etmişlər. Xalqın dərin hörmət bəslədiyi adamı təhqir etmisiniz. Natəmiz adamlara qulluq göstərərək 9 oktyabr 1988–ci ildə dərc etdiyiniz cavabı əgər «qlastnost» yuxarıdan göstərişlə deyilsə, qəzetinizin səhifələrində dərc etməyinizi xahiş edirəm. Cəzalandırılmış pozğun adamları ortaya çıxarıb, qəhrəman edib onların vasitəsilə Azərbaycan xalqının layiqli nümayəndələrini, nəsilləri tərbiyə etmiş ağsaqqallarını nahaqdan ləkələyərək təhqir etməklə xalqı məhv etmək məqsədi daşıyan, respublikada aparılan 88 repressiyasına nökərlik edənlərə ar olsun!

Akademik Cəlal Əliyev».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG