Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:30

İlk gübrə anbarı tikilir


Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə inşa olunan 10 tonluq anbar 2010-cu ildə istifadəyə veriləcək. Anbar aqrolizinq şirkəti tərəfindən tikilir.

Bu barədə məlumatı Şəmkir rayon İcra Hakimiyyətinin iqtisadi məsələlər üzrə müavini Sabir Quliyev verib. O bildirib ki, noyabr ayından Şəmkirin Dəllər qəsəbində bir hektar ərazidə inşa olunan gübrə anbarı Gəncə-Qazax iqtisadi zonasında kənd təsərrüfatındə məhsuldarlığın artırılması, torpaqların münbitləşməsinə əhəmiyyətli təsir göstərəcək. Kənd Təsərrüfatı Nazirliyinin sifarişi əsasında «Aqrolizinq» Şirkəti tərəfindən inşa olunan anbarın 2010-cu ilin mart ayında istifadəyə verilməsi nəzərdə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG