Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:11
«İranda Azərbaycandan olan musiqiçi həbs olunub. Onu musiqi öyrətməkdə ittiham edirlər».

Bu barədə AzadlıqRadiosuna İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının əməkdaşı Yaşar Həkkəkpur məlumat verib:

«Xəbəri İranın rəsmi İRNA agentliyi yayıb. Agentlik bildirib ki, həmin şəxs Ərdəbil sərhədində olan şəhərlərdən birində həbs olunub.

Musiqiçinin adı açıqlanmır. O, orkestr düzəltmək və yabançı musiqini təbliğ etməkdə ittiham olunur. Azərbaycan musiqisi bizim öz musiqimizdir, istəyirlər bu yolla azərbaycanlıların mədəni əlaqəsinin qarşısını alsınlar».

Azərbaycanlı musiqiçinin dekabrın əvvəlində tutulduğu bildirilir.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov bildirir ki, hələlik onlarda bu barədə məlumat yoxdur: «Prosedura qaydalarına görə İran tərəfi rəsmi olaraq ya konsulluğa, ya da səfirliyə məlumat verməlidir».

Şərhləri göstər

XS
SM
MD
LG