Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:35

Rafaelin əsəri rekordu təzələdi


İtalyan rəssamı Rafaelin 16-cı əsrin əvvəlində kağız üzərində çəkdiyi “Muzanın başı” əsəri Londonda keçirilən auksionda 47, 9 milyon dollara satılıb. Bu, həm indiyədək kağız üzərində çəkilən əsər üçün, həm də İtalyan rəssamlarının əsərləri üçün auksionda təklif olunan ən yüksək qiymətdir.

Həmin auksionda Holland rəssamı Rembrantın da 1658-ci ildə çəkdiyi əsər rəssamın indiyə qədər satılan əsərləri arasında rekord qiymətə - 20, 2 milyon dollara satılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG