Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:13
AzadlıqRadiosunun rus xidmətinin «sütunlarından biri olan» Pyotr Vayl 60 yaşında vəfat etdi.

Rus xidmətinin veteranı Andrey Şari deyir ki, «həyatın reallıqlarına Pyotr Vayl qədər yaxın olan ikinci şəxs tanımır. Ona görə də Pyotrun yazıları bu qədər sadə və realdır».

20 il rus xidmətində çalışan Vayl 1949-cu ildə Riqada anadan olub, Moskva Poliqrafiya İnstitutunu bitirib. 1977-ci ildə Amerikaya mühacirət edib.

O burada sürgündə olan məşhur yazışı Sergey Dovlatovla yaxından tanış olub, bu tanışlıq sonralar dostluğa çevrildi.

1980-ci illərdən başlayaraq Vayl AzadlıqRadiosunda çalışmağa başlayıb, 1990-cı illərdə radio Praqaya köçəndən isə rus xidmətində baş redaktor olub.

Onun yaratdığı «Canlı Azadlıq», «Sədlərin üstündən» , «Amerika bu gün» kimi proqramlar jurnalist həmkarlarının dediyinə görə, «inanılmaz səliqəli və dəqiq idi», «Pyotrun müzakirəsində iştirak etdiyi hər problem bir azdan aşkar və aydın olurdu».

Pyotr Vaylın keçən il ağır xəstəliyi məlum olandan sonra bu ilin sentyabrında rus xidməti onun 60 illiyi ilə bağlı Azad Rusiya Jurnalizmi adında mükafat təsis etdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG