Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:59

Əyyub Kərimovun yazılarıyla bağlı ekspertiza keçiriləcək


Yasamal Rayon Məhkəməsi «Femida 007» qəzetinin baş redaktoru Əyyub Kərimovun yazılarıyla bağlı ekspertiza keçirilməsi vəsatətini təmin eləyib.
Dekabrın 8-də keçirilən prosesdə qarşı tərəf ekspertiza keçirilməsinə etiraz etməyib.

Məhkəmə qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Daxili İşlər naziri Ramil Usubov iddia edir ki, Əyyub Kərimov «Azadlıq» qəzetində yazdığı məqalələrdə polisin şərəf və ləyaqətini alçaldan fikirlər səsləndirib, ona isə böhtan atıb. Əyyub Kərimov isə iddianı qəbul eləmir.
XS
SM
MD
LG