Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:18
“Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğanın Amerika prezidenti Barak Obama ilə görüşündə bir daha Qarabağ məsələsini gündəmə gətirməsi, Qarabağ ətrafındakı rayonlar azad edilməsə, Ermənistanla münasibətlərin normallaşması haqda protokolların parlamentdə müzakirəyə çıxarılmasının çətin olacağaını deməsi onu göstərir ki, bəzilərinin şübhələrinə baxmayaraq Ankara Bakının yanındadır və Ermənistanla əlaqələrin düzəlməsi üçün Azərbaycanı qurban vermək niyyəti yoxdur”.

Bunu Azadlıq Radiosuna verdiyi açıqlamada Istanbul Kültür Universitetinin beynəlxalq əlaqələr bölümünün rəhbəri Mənsur Akgün deyir. O düşünür ki, Amerika tərəfi də bu iki məsələnin bir-birilə bağlı olduğunu anlayır. “Kağızda şərt olmasa da, hamı Qarabağın bir şərt olduğunu başa düşür”.

Mənsur Akgün hesab etmir ki, Türkiyənin bu mövqeyi Ermənistanın barışıq danışıqlarından çıxmasına səbəb ola bilər. “Ermənistanın Türkiyə ilə əlaqələri normallaşmağa cəhd etməsi təkcə iqtisadi məsələ deyil. Keçən il Rusiyanın Gürcüstana hücum etməsindən sonra regionda yeni vəziyyət yaranıb. Ermənistanda anlamağa başlayıblar ki, yalnız Rusiyanın yedəyində getməklə və yaxın qonşularla münasibətləri düzəltmədən ölkənin inkişafı mümkün deyil”.

Bəs bu situasiyada gələn ilin aprelin 24-də - ermənilərin 1915-ci ildə Türkiyə qətlə yetirilən soydaşlarının xatirəsini yad etdiyi gün Amerika prezidenti Obama ənənəvi çıxışında “soyqırım” ifadəsi işlədə bilərmi? Mənsur Akgün düşünmür ki, Türkiyə hökumətinin regionda pozitiv proseslərə təkan verdiyi indiki şəraitdə Amerika rəhbərliyi belə bir addım atsın.

“Hətta atsa belə, bunun Türkiyəyə elə bir təsiri olmayacaq. Barak Obama keçən ilki çıxışında “qətliam” sözü işlədib. “Soyqırım” ifadəsinin işlədilməsi belə Türkiyə üçün hər hansı hüquqi məsuliyyət yaratmayacaq”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG