Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:05

Noyabrda yaşayış minimumu adambaşına 137,55 manat təşkil edib


Noyabr ayında Azərbaycanda yaşayış minimumu adambaşına 137,55 manat təşkil edib.

İqtisadi Tədqiqatlar Mərkəzinin ekspertləri Azərbaycanın 11 regionunda Nazirlər Kabinetinin təsdiq etdiyi normativlər əsasında istehlak səbətinin dəyərini hesablayıblar. Həmin hesablamalara əsasən, əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 130 manat, pensiyaçılar üçün 120,11 manat, 0-15 yaşlı uşaqlar üçünsə 162,53 manat təşkil edib.

Ekspertlər noyabrda əhalinin minimum ərzaq xərclərində əvvəlki aya nisbətən azalma qeydə alındığını aşkar etsələr də, ona da diqqət ediblər ki, bu müddətdə ərzaq məhsullarında 0,60 faiz qiymət artımı baş verib.
XS
SM
MD
LG