Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:21

Ramiz Mehdiyevdən humanitar tezislər


Azərbaycan Prezident Admisnistrasiyasının rəhbəri Ramiz Mehdiyev

Azərbaycan Prezident Admisnistrasiyasının rəhbəri Ramiz Mehdiyev

İDEOLOGİYA YOXSA «...SIZLAŞDIRMA?»

Ramiz Mehdiyev yazır ki, «Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanda da ideologiyasızlaşdırma başladı, ancaq yaranmış boşluğu qısa müddətdə müxtəlif növ surroqat ideya və yanlış ideologiyalar doldurdu. Elmi ateizm kafedraları dinşünaslıq kafedraları adlandırılır, «Elmi kommunizm» ifadəsi mexaniki olaraq «politologiya» sözü ilə əvəzlənirdi».

«1992-1993-cü illərin siyasi həyatında baş verən hadisələrin

MİLLİ ELİTAYA MƏNFİ TƏSİRİ

barədə Ramiz Mehdiyevin fikri belədir ki, «ümummilli lider Heydər Əliyev bütün cəmiyyəti səfərbər edib, onu düzgün yola istiqamətləndirib və nəticədə 1990-cı illərin çətinliklərini artıq geridə qoymuşuq».

PROBLEMLƏR...

Birincisi, Azərbaycanın hazırda iştirak etdiyi «enerji təhlükəsizliyi» layihələrinə görə beynəlxalq energetika sahəsi üzrə nüfuzlu elmi ekspertlərə böyük ehtiyac var.

İkincisi, transmilli korporasiyaların fəaliyyəti, dünya maliyyə bazarlarının vəziyyəti, beynəlxalq ticarət və xarici investisiya axınlarının istiqamətləndirilməsi kimi sahələrlə ciddi məşğul olmalıdırlar.

«ÖLKƏDƏ BİR-İKİ POLİTOLOQ OLA, YA OLMAYA»

Ramiz Mehdiyevə görə, ölkədə bir-iki həqiqi politoloq ola, ya olmaya. Onların məqalələrində də dünyanın aparıcı informasiya agentliklərinin, Rusiyanın, Türkiyənin, Avropanın analitik mərkəzlərinin mövqeləri səslənir.

«AZƏRBAYCAN MODELİ»

Artıq dünya politoloji tədqiqatlarında «Azərbaycan modeli» haqqında fikirlər səslənir. Lakin bizdə hələ də inkişafın Azərbaycan modeli ilə bağlı fundamental təhlillər aparılmır...

AZƏRBAYCANÇILIQ MƏFKURƏSİ

Heydər Əliyev bizə azərbaycançılıq məfkurəsini bəxş edib. Onun fəlsəfəsi hər bir azərbaycanlıya imkan verir ki, o, azərbaycanlı olduğunu qürur hissi ilə desin. Lakin gənc nəslin azərbaycançılıq ruhunda tərbiyəsi prosesi heç də problemsiz deyildir.

ROMAN, HEKAYƏ YAZAN YOXDUR...

Azərbaycanda son illərdə yazılan heç olmasa bir roman, hekayə və ya poema adı çəkmək mümkündürmü ki, o, cəmiyyətimizdə böyük maraq doğursun? Yaxud Azərbaycan teatrında elə bir yeni əsər tamaşaya qoyulubmu ki, ictimaiyyətin diqqət mərkəzində olsun?

ELM YOXSA BİZNES?

Elm bir biznesə çevrilib və istənilən şəxs - dövlət məmuru, yaxud iş adamı müxtəlif yollarla elmi ad almağa nail olur. Bütün bu proseslərdə elm və təhsil müəssisələrinin bir sıra əməkdaşları hazır dissertasiyaları iddiaçılara təklif edirlər.

TRAGİKOMİK DİSSERTASİYALAR

Son beş ildə Azərbaycanda müdafiə edilmiş dissertasiyalar arasında elələri vardır ki, tragikomik təsir bağışlayır. Xüsusilə filologiya sahəsində hansısa yazıçının «yaradıcılıq yolu»na həsr olunmuş dissertasiyaları qeyd etmək istərdim.

FİLOSOFLARIN MÖVQEYİ

Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun bəzi əməkdaşları istər tarixi perspektiv, istərsə də gerçəklik baxımından Azərbaycan xalqının nailiyyətlərinin qiymətləndirilməsində, yumşaq desək, bir qədər anlaşılmaz mövqe tuturlar.

İQTİSADİ PLAN

Bizdə iqtisad elmindəki mövcud vəziyyəti bütövlükdə qənaətbəxş hesab etmək olmaz...Biz istəyirik ki, iqtisadçılarımız maliyyə və kredit münasibətlərinin təkmilləşdirilməsinin əsas prinsiplərini araşdırsınlar, kənd təsərrüfatı və sənaye mallarının istehsalının səmərəliliyini artırma mexanizmlərini müəyyən etsinlər.

İNSAN HÜQUQLARI İNSTİTUTU

AMEA-nın İnsan Hüquqları İnstitutunun elmi dəst-xətti bəlli deyildir. Bu institutda müdafiəyə təqdim olunan işlərdən birini özəl hüquq firmasında çalışan və elmi rəhbəri ukraynalı professor olan bir hüquqşünas yazıb, mövzusunun da Azərbaycanla əlaqəsi yoxdur.

TARİXÇİLƏRƏ TAPŞIRIQ

Tarix İnstitutunda elmi ictimaiyyət tərəfindən birmənalı qəbul olunmayan yeddicildlik «Azərbaycan tarixi» nəşr edildiyi vaxtdan bəri çox az dəyişiklik olmuşdur. Biz Azərbaycan tarixçilərini dilçi, filosof və ədəbiyyatşünaslarla birlikdə bütün müvafiq çoxcildlikləri vahid konsepsiya ətrafında işlənməyə dəvət edirdik. 20-30 il keçsə də, bu çağırışlar öz aktuallığını itirməyibdir.

ƏLDƏN-ƏLƏ GƏZƏN KURS İŞLƏRİ

Bəzi müəllimlər hələ də mühazirələrini otuz il əvvəl yazılmış dərsliklərdən və ya konspektdən oxuyurlar. Kurs işləri və magistr işlərinin «əldən-ələ dövr etməsi» istər müəllimlərə, istərsə də tələbələrə yaxşı məlumdur. Eyni mövzular dəfələrlə təkrar-təkrar işlənir, hətta bəzən bir işin surəti çıxarılaraq yeni iş kimi təqdim edilir.

HÜQUQŞÜNAS AXTARILIR


İctimai və humanitar profilli bütün fakültələrdə, magistraturada tələbə hazırlığının səviyyəsi həddən artıq zəifdir. Əgər Prezident Administrasiyasına işə qəbul etmək üçün savadlı hüquqşünas tapa bilmiriksə, təkcə bu, hazırlığın hansı səviyyədə olmasından xəbər verir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG