Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:15

ABŞ atmosferə buraxdığı istixana effektli qazın həcmini azaldır


ABŞ atmosferə buraxdığı istixana effektli qazların həcmini azaltmaq istiqamətində konkret addım atıb. Ölkənin Əftraf Mühiti Müdafiə Agentliyi qlobal istiləşməyə səbəb olan 6 qazın, o cümlədən karbon-dioksidin atmosferə buraxılışını tənzimləmək qərarını açıqlayıb. Bu qərar iqlim dəyişikliyi mövzusunda tarixin ən böyün toplantısı sayılan Kopenhagen konfransının açılış gününə təsadüf edib.

200-dən artıq ölkənin nümayəndələrinin iştirak etdiyi konfransda BMT-nin iqlim dəyişikliyi üzrə elm adamlarından ibarət qrupunun rəhbəri Racendra Paçuari deyib ki, siklonların, infraqırmızı şüaların və daşqınların dağıdıcı təsirlərinin, eləcə də Qrenlandiya adasının buzlaqlarının əriməsinin qarşısını almaq üçün təcili addımlar atmaq lazımdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG