Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:23

Əflatun Amaşov Müşfiq Hüseynovun əfv olunması üçün prezidentə müraciət edəcək


Mətbuat Şurasının rəhbərliyi həbsdə olan jurnalist Müşfiq Hüseynova Penitensiar Xidmətinin ixtisaslaşdırılmış müalicə müəssisəsində baş çəkiblər. Mətbuat Şurasının sədri Əflatun Amaşovun verdiyi məlumata görə, onun səhhətində müəyyən irəliləyişlər var.

Əflatun Amaşov Müşfiq Hüseynovun əfvi ilə bağlı dövlət başçısına müraciət unvanlayacağını da bildirib.

Rüşvət almaqda ittiham olunan Müşfiq Hüseynov 6 il azadlıqdan məhrum edilib. Sonradan cəzası 5 ilə endirilib. Hazırda vərəm xəstəliyindən əziyyət çəkir. Qohumları onun vəziyyətinin ağır olduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG