Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:15

Səfər Əbiyev ABŞ generalını qəbul edib


Dekabrın 8-də müdafiə naziri Səfər Əbiyev ABŞ-ın Avropadakı Hərbi Hava Qüvvələrinin komandanı Rocer Breydi qəbul edib.

Müdafiə Nazirliyinin məlumatına görə, görüşdə ABŞ-la Azərbaycan arasında ikitərəfli hərbi əməkdaşlıq məsələləri, Cənubi Qafqazda vəziyyət və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar fikir mübadiləsi aparılıb.

Minsk qrupu çərçivəsində 15 ildən artıq aparılan sülh danışıqlarının heç bir səmərə vermədiyini qonağın diqqətinə çatdıran müdafiə naziri deyib ki, vəziyyətin bu cür şəkil alması Azərbaycanı torpaqlarını işğaldan qurtarmaq üçün başqa vasitələrə əl atmağa vadar edir.
XS
SM
MD
LG