Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:05

Pakistandakı partlayışda 48 nəfər ölüb


Pakistanın şərqində bazarda baş vermiş iki partlayış nəticəsində 48 nəfər həlak olub. Lahorda törədilmiş partlayışlarda 100-dən artıq adam yaralanıb.

Pakistan prezidenti Asif Əli Zərdari deyib ki, bu cür terror aktları hökuməti terrorçuluğa qarşı mübarizə qərarından çəkindirməyəcək. Bu arada, ölkənin şimal-qərbinə, Əfqanıstanla sərhədə yaxın əraziyə ABŞ qüvvələrinin endirdiyi hava zərbəsi 3 nəfərin ölümünə səbəb olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG