Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:00

ABŞ-ın müdafiə naziri gözlənilmədən Əfqanıstana gedib


ABŞ-ın müdafiə naziri Robert Qeyts gözlənilmədən Əfqanıstana səfər edib. Kabil aeroportunda jurnalistlərə müsahibəsində Qeyts deyib ki, o, prezident Həmid Kərzaiyə yeni hökumətə “şərəfli” nazirlər təyin etməsi üçün təzyiq edəcək.

ABŞ-ın müdafiə nazirinin bu səfəri prezident Barak Obamanın Əfqanıstana əlavə 30 min Amerika hərbçisi göndərmək barədə qərarını açıqlamasından bir həftə sonraya təsadüf edir.

Əfqanıstan prezidenti 25 nazirdən ibarət hökumət üzvlərinin bir qisminin namizədliyini bu gün parlamentə təqdim etməlidir.

XS
SM
MD
LG