Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:52

ABŞ və Britaniya İranda dünən baş verənlərdən narahatdır


İranda polislə etirazçılar arasında dünən baş vermiş toqquşmalarla bağlı ABŞ və Britaniya narahatlığını bildirib.

Şahidlərin dediyinə görə, Tehranın müxtəlif yerlərində hökumət əleyhinə şüarlar qışqıran etirazçıları polis gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə etməklə dağıdıb. Müxalifət tərəfdarlarından bəziləri həbs olunub.

Dövlət Departamentinin sözçüsü Yan Kelli deyib ki, İran hakimiyyətinin dinc nümayişçiləri mütəmadi dağıtması, həbs etməsi və məhkum etməsi onun ölkə konstitusiyasında təsbit olunmuş hüquqlara hörmət etmədiyini göstərir. Britaniyanın xarici işlər naziri Devid Milibend də İranı öz xalqının səsini boğmamağa çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG