Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:48

Bu günkü məhkəmədə baş redaktorun vəsatəti müzakirə olunacaq


Bu gün Yasamal rayon məhkəməsində daxili işlər naziri Ramil Usubovun “Femida 007” qəzetinin baş redaktoru Əyyub Kərimova qarşı iddiası üzrə məhkəmə prosesi davam edəcək. Məhkəmə axşam saat 5-də başlayacaq.

Daxili işlər naziri Əyyub Kərimova qarşı Cinayət Məcəlləsinin 147.2-ci maddəsilə (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) iddia qaldırıb və baş redaktorun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir. Nazir bildirir ki, redaktor “Azadlıq” qəzetinə müsahibəsində DİN-də cinayətkar birliklər olması və nazirin bundan kənarda qala bilməməsi barədə ifadələr işlədib. Əyyub Kərimov isə deyir ki, nazirin ittihamları əsassızdır. O ancaq polis orqanlarının fəaliyyətini tənqid edib.

Bu günkü prosesdə Əyyub Kərimovun vəsatəti müzakirə olunacaq. Əyyub Kərimov vəsatətində naziri təhqir etmədiyini bildirir və ifadələrində təhqir və böhtanın olub-olmadığını araşdırılması üçün ekspertiza keçirilməsini tələb edir. Əgər onun vəsatəti qəbul olunsa, ekspertiza keçirilməsi üçün məhkəmə bir neçə günlüyə təxirə salınacaq.

XS
SM
MD
LG