Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:08

Obama: Türkiyə İran məsələsində vacib oyunçu ola bilər


Amerika prezidenti Barak Obama Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğanla görüşündən sonra bildirib ki, o, Türkiyənin İranın mübahisəli nüvə proqramı ilə bağlı problemin həlli prosesində vacib oyunçu ola biləcəyinə inanır.

Obama bunu görüşdən sonra jurnalistlərə bildirib.

Ərdoğan isə deyib ki, onun ölkəsi sözügedən məsələdə irəliləyişə nail olmaq üçün əlindən gələni etməyə hazırdır.

Ərdoğanın islami köklərə malik Ədalət və İnkişaf Partiyası Türkiyədə hakimiyyətə gələndən sonra İranla iqtisadi və siyasi əlaqələri sıxlaşdırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG