Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:45

Braziliyada "futbol oğurluğu" baş verib


Braziliyada - San Paolo şəhərində nəğd pul paylaşdırma şirkətindən 6 milyon dollar pul oğurlanıb. Oğrular binaya - qazdıqları 150 metrlik tunel vasitəsilə girə biliblər. Bunun üçün onlar bir neçə ay qabaq qonşu binada ev kirələyiblər.

Bazar günü ölkədə milli çempionatın həlledici oyunları keçirildiyi vaxtda oğrular şirkətə daxil olublar.

Təhlükəsizlik xidməti səs-küy eşitdiyini etiraf etsə də, bunun futbol oyunlarından sonrakı atəşfəşanlıqla bağlı olduğunu güman etdiklərini deyib.

Keçən il buna oxşar hadisə Serbiyada baş vermişdi. O zaman təhlükəzilik xidmətinin başı televizorda futbola baxmağa qarışan zaman oğrular sakitcə banka daxil olmuşdular.
XS
SM
MD
LG