Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:08

Obama və Ərdoğan enerji marşrutlarından da danışacaqlar


Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğanın Amerikaya səfəri öncəsi ABŞ-ın dövlət departamentinin adı açıqlanmayan rəsmisi səfər zamanı müzakirə ediləcək mövzular barədə məlumat verib. Rəsmi bildirib ki, Obama və Ərdoğan arasında görüşlərdə hər hanıs enerji layihəsi ilə bağlı qərar qəbul edilməsi gözlənilmir.

Amma onun sözlərinə görə, Amerika Avropaya aparacaq enerji marşrutlarının müxtəlifləşdirilməsi ideyasını tam dəstəkləyir və bura Türkiyənin qatıldığı layihələr də daxildir.

“Avropanın enerji təhlükəziliyini Türkiyə vasitəsilə möhkəmləndirməyin bir sıra yolları var. Bunlardan biri də NABUCCO layihəsidir. Bununla bağlı bir neçə ay qabaq hökumətlərarası saziş bağlandı. Türkiyə və Azərbaycan indi qaz tranziti məsələsini müzakirə edir”.

Dövlət Departameninin rəsmisi deyib ki, Avropanın enerji yollarının müxtəlifləşdirilməsi həm iqtisadi, həm siyasi, həm də strateji baxımdan vacibdir.

“Prezident Obama sözsüz ki baş nazirlə enerji məsələləri haqda danışacaq. Amma konkret enerji layihələri ilə bağlı açıqlama olmayacaq”.
XS
SM
MD
LG