Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:20

Stallonenin çəkdiyi şəkil 50 min dollara satılıb


Hollivud ulduzu Silvester Stallone ("Rokki", "Rembo" filmlərinin baş qəhrəmanı) uzun illər “özü üçün” şəkil çəksə də, indi bu hobbisindən pul qazanmağa başlayıb. Onun əsərlərindən ibarət sərgi Floridada təşkil edilib.

Sərgidə milyarder Stiv Uinn onun abstract rəsmlərindən birinə 40 min dollar verib. Milyarder bunu öz hotellərinin birində asacaq.

Bundan başqa Stallonenin təxminən 40 il qabaq çəkdiyi avtoportreti 50 min dollara alınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG