Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:28

Afinada yenidən toqquşmalar olub


Yunanıstanın paytaxtı Afinada yenidən toqquşmalar olub.

İkinci gündür ki, polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edir.

Gənclər keçən il qətlə yetirilən yeniyetmə ilə bağlı anım aksiyası keçirirlər.

Bu günkü aksiyada 3 minə qədər tələbə iştirak edib, onlar polisə daş atıblar.

Keçən il dekabrın 6-da yeniyetmə Aleksis Grigoropoulosun polis tərəfindən qətli Afinada son onilliklərin ən qanlı küçə toqquşmalarına səbəb olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG