Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:07

Ağ Ev İraqı alqışlayır


Ağ Ev İraq deputatlarının gələn il parlament seçkilərinin keçirilməsinə zəmin yaradan qanun layihəsini qəbul etməsini alqışlayıb.

Bazar günü iraqlı deputatlar uzun müzakirələrdən sonra nəhayət ki, deputat yerlərinin bölgü prinsipində razılığa gəliblər.

İraqın vitse-prezidenti Tariq əl-Haşimi həmin qanunun ilk layihəsinə veto qoymuş və qərarını həmin layihədə sünnilərə kifayət qədər yer ayrılmaması ilə əsaslandırmışdı.

Yeni qanuna əsasən, parlament yerlərinin sayı 275-dən 325-dək artılacaq. Etnik sünni və kürdlərə daha çox yer ayrılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG