Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:44

Rumıniyada seçkilərin ikinci turunun ilkin nəticələri elan olunacaq


Rumıniyada prezident seçkilərinin ikinci turunun ilkin nəticələri bu gün elan edilməlidir. Ekzit-poll nəticələrin çox yaxın olduğunu göstərir. Hər iki namizəd – həm indiki prezident Trayan Basesku, həm də solçu Mirçea Ceoana öz qələbəsini elan edib. Qalib namizəd yeni hökuməti təşkil etməlidir.

Yeni hökumətin ilk vəzifəsi isə Beynəlxalq Valyuta Fondunun ölkə iqtisadiyyatını xilas etməli olan 20 milyard dollarlıq kredit sazişi üzrə danışıqları bərpa etmək olacaq.

Fond müxalifətin təzyiqi ilə hökumətin istefaya getməsindən sonra danışıqları təxirə salmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG