Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:27
İran İslam Respublikası Azərbaycanla viza rejimini birtərəfli qaydada ləğv edib. Bunu dekabrın 7-də keçirdiyi mətbuat konfransında İranın Azərbaycandakı səfiri Məmməd Bagir Bəhrami deyib.

Səfir bildirib ki, istənilən Azərbaycan vətəndaşı İrana vizasız gedə, orada 1 ay müddətində qala bilər: «Əgər Azərbaycan vətəndaşlarına lazımdırsa, bir ay qalandan sonra vətənə dönüb yenidən İrana qayıda bilərlər».

Məmməd Bagir Bəhrami onu da deyib ki, əgər bu təcrübə müsbət nəticə versə, İran tərəfi bu müddəti 3 aya kimi uzatmağı da planlaşdırır.

Səfir ümidvar olduğunu deyib ki, vizasız rejimin yeni ildən tətbiqinə başlanacaq və Azərbaycan da öz növbəsində İran vətəndaşlarının Azərbaycana vizasız gəlmələri haqda qərar verəcək. APA

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG