Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:10

190 ölkə iqlim dəyişikliyini müzakirə edəcək


Bu gün Kopenhagendə iqlim dəyişikliyini müzakirə etmək üçün 190 ölkə nümayəndələri, o cümlədən 105 dövlət başçısının iştirakı ilə toplantı başlayır. Bu, qlobal istiləşməyə həsr olunmuş ən böyük toplantı kimi tarixə düşəcək.

BMT-nin baş katibi Ban Ki-mun bildirib ki, sürətlə artan karbon çirklənməsinin qarşısını almaq üçün təcili iqlim paktı imzalamaq lazımdır. Ümid var ki, belə pakt bu toplantıda imzalansın.

Ötən bir neçə həftə ərzində Çin, Hindistan, İndoneziya və bir sıra digər ölkələr atmosferə istixana effektli qazların buraxılışını azaltmağa söz veriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG